Ana səhifə / Şou Biznes / Elçin Şıxlı: “Sərdar Cəlaloğlu kimilər milli herostratlardır”

Elçin Şıxlı: “Sərdar Cəlaloğlu kimilər milli herostratlardır”

Son günlər Azərbaycanın dahi xalq şairi, Azrbaycan poeziyasının yelkəni, şeirlərinin estetik təravəti hazırda da çox böyük həvəslə duyulan Səməd Vurğuna qarşı qərəzli şəkildə ləkələmə, gözdən salma kampaniyasına başlanılıb. Belə ki. ötən həftə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Kulis.az- a müsahibəsidə Səməd Vurğunu mənasız şair adlandıraraq heç bir fakta, sənədə söykənmədən onu öz qələm dostlarını satmaqda ittiham edib. Maraqlıdır, bu müsahibənin yaratdığı etiraz və qalmaqal səngiməmiş Kulis.az daim Səməd Vurğun əleyhinə çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlundan müsahibə götürüb. Və yazıda xalq şairi növbəti dəfə aşağılanıb.

Müsahibənin həmin hissəsini olduğu kimi təqdim edirik:

“Götürək elə Səməd Vurğunu. Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. “Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb. Qacarsa siyasi separatizmin qarşısını almaq üçün gəlib, Azərbaycanı birləşdirmək fikri ilə gəlib və o, gələndə burada bir nəfərin də burnu qanamayıb. Qacarlar türk tayfalarından biridir. İndi bir adam Qarabağı, torpağı birləşdirmək, rusdan almaq üçün vuruşur, axırda da öldürülür, o biri vətəni rusa satır. Səməd Vurğun torpağı satanı qəhrəman kimi verir, Vətən yolunda vuruşanı qaniçən zalım kimi… Yaxşı, şairsən, lap qafiyələrin də düzdür, bəs mən sənə necə münasibət göstərməliyəm? İdeyan ziyanlıdır axı? Heç “Komsomol” poemasını demirəm. Guya Şaumyanın ürəyi bizim xalq üçün yanırdı. Amma biz bilirik axı 31 mart qırğınını törədən Şaumyandır”.

Səməd Vurğuna qarşı başladılan qarayaxma kampaniyasını pisləyən “Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı “Sherg.az”-a bunları söyləyib:

Sərdar Cəlaloğlu 3-4 il bundan öncə də bu məsələni qaldırmışdı. Düzdü, onda Vaqifdən danışmamışdı. Amma indi onun beyninə Vaqifi kim saldığını deyə bilmərəm. Onda mən “Ayna”da bir yazı yazdım : “Milli Herostratlar”. Bu insanlar özləri itiblər, özləri artıq heç nə və heç kimdirlər. Gündəmdə deyillər. Və gündəmə qayıtmaq üçün üzdə olan, xalqın sevdiyi, şairlər, yazıçılar, mədəniyyət adamları və tarixi simaları qaralamaqla gündəmə gəlməyə çalışırlar. Bəzən elə bir mətn olur ki, oradakı hər hansı bir cümləni konteksdən çıxarıb ayrı şəkildə təhlil edən tamam başqa bir mənaya gəlmək olur. Amma baş verənlərin hamısına ümumi tarixi konteksdən yanaşanda tamam başqa mənzərə əmələ gəlir. Vaqif xalq tərəfindən sevilməyən şair idisə, necə olur ki, onun yazılı şəkildə bircə sətiri də gəlib bizə çatmayıb. Xalq onu sevdiyi üçün bütün şeirlərini dildən dilə ötürüb.

Onun bütün əsərlərini yandırdılar. Xalq onu sevmirdisə, necə oldu ki, onun şeirləri dildən – dilə şifahi ədəbiyyat formasından günümüzə qədər gəlib çatdı? Ondan sonra kitablar yazılıb çap olunub. İkincisi də o vaxt bütöv bir Azərbaycan yox idi. Orta məktəb uşağına də məlumdur ki, həmin dövrdə Azərbaycan xanlıqları olub. Bu xanlıqların gah 2-i, gah da 3- birləşib birinin üstünə gedirdi. Mübarizə idi.

Qacar Azərbaycan dövləti adında bir dövlət yaratmışdımı ? Bəli, türkdür. Amma biz özümüz özümüzün başına oyun açmışıq. Osmanlı ilə Səfəvilər vuruşmadımı? Bir-birimizi qırmadıqmı? Topal Teymur bütün türk dövlətləri və xalqlarını işğal edib, qılıncdan keçirmədimi? Bu, tarixdi. Hakimiyyət, ərazi , var- dövlət uğurunda mübarizədir.

Qacar da ora kiminsə başını tumarlamağa gəlməmişdi. Qacar gəlib torpaq fəth edirdi,təbələrinin sayını artırmaq və bac- xərac almaq istəyidi.Onlar da bunu vermək istəmirdilər. Baxdılar ki, rus imperiyası bir tərəfdən gəlir, Qacar da o biri yandan gəlir, onlar da öz aləmlərində ziyanın daha az olanını seçdilər. Bundan başqa deyim ki, Vaqif nə xan idi, nə padişah. O torpaqları necə verə bilərdi ? Vaqif yalnız məsləhət verə bilərdi. Son qərarı onsuz da Qarabağ xanı qəbul edirdi və verirdi. Bu məsələ belədir”. Bu mənada düşünrəm ki, Sərdar Cəlaloğlu kimiləri milli herostratlardır”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın