Azinforum.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran bildirib. Onun sözlərinə görə, 4 iyun tarixində saat 8:00-da “Hatha-Yoqa” sessiyası, 9:00-da isə “Sri Sri Yoqa” sessiyası olub.

Açıq hava yoqa sessiyası “Yoga Shahi” studiyasının təcrübəli müəllimləri Yelena Səfərova və Elçin Quliyev tərəfindən keçib. İyunun 4-də saat 8:00-da 10 ildən çox təcrübəsi olan, 2009-cu ildə Polşadakı Beynəlxalq Şivananda yoqa kurslarını bitirərək yoqa müəllimi adına layiq görülmüş Elçin Quliyevin iştirakı ilə yoqanın klassik növü olan “Hatha-Yoqa” sessiyası, saat 9:00-da isə “art of life” fondunun təmsilçilərindən biri olan Yelena Səfərovanın iştirakı ilə “Sri Sri Yoqa” sessiyası təşkil edilib.