Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / Elçin Əlibəyli müğənniləri tənqid etdi: “Sırtılıblar”

Elçin Əlibəyli müğənniləri tənqid etdi: “Sırtılıblar”

“Sırtılıb… Bu sözü heç kim demədi. Toylarda o qədər üz görüblər. İçkili vəziyyətdə sifarişlər, kiminsə sponsorluğu naminə nə oyunlardan çıxıblar, sırtılıblar”.

Aparıcı Elçin Əlibəyli deyib. Onun sosial şəbəkədə yayılan səsi müzakirələrə səbəb olub. Əlibəyli şou-biznes nümayəndələrini təhqir edib:

“Onların zərrə qədər hörməti yoxdur. Hörməti olan şou-biznes nümayəndəsi var. Onlar sənət adamlarıdır, onlara heç kim heç nə demir. Şou-biznesdə sırtılanları siz yaxşı bilirsiniz. Onları sırtıldan da bizik. Toyda özümüzü idarə edə bilmirik. Toyda vəhşiləşirik, quduzlaşırıq. Ona görə də konsert vermir ey, dombalaq aşsın mənə maraqlı deyil. Müğənniləri sırtıldan biz özümüzük”.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …