Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Elçin Əfəndiyevin qızı fond prezidenti olacaq

Elçin Əfəndiyevin qızı fond prezidenti olacaq

Azərbaycan prezidenti İlham Əliyev Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən etmək, fondun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini 2 ay müddətində həll etmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etməlidir.

Nazirlik, həmçinin fondun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim etməlidir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın