Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Elçibəyin villası tapıldı – FOTO

Elçibəyin villası tapıldı – FOTO

Şəkildə gördüyünüz kənd evi Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyə məxsusdur. Şəkil Kələkidə çəkilib. Onun sosial şəbəkədəki səhifəsində mərhum liderin kürəkəni Aqil Səmədbəyli paylaşıb.

A.Səmədbəyli bu şəklə belə bir şərh yazıb: “Bu şəklə diqqətlə baxın. Bu prezident Elçibəyin Kələkidəki ata evidir. Bəli, o, prezident olanda da, devrildikdən sonra da məhz bu evdə yaşadı! Xalqın bir qəpiyini mənimsəmədi, Londonda bahalı saraylar almadı, yetim malı-qul haqqı yemədi!
Onun komandasından heç kimin Londonda bir daxması belə yoxdu. İndi Kələkidəki bu ev bir az düzeldilib -o da Bəydən sonra…”
Səmisini deyək, biz bu yazının başlığını ona görə belə qoyduq ki, həm bir az sensasion olsun (çünki heç kəs Elçibəyin villa sahibi ola biləcəyini güman etmir), həm də əslində bu həqiqətin təhrif edilməsi demək deyil. Avropada kənd evlərinə “villa” deyirlər. Elə ingilis dilindəki “village” (kənd) sözü də buradandır.
Mərhum Elçibəyin nə dərəcədə göz-könlü tox olması haqqında təkrarən danışmağa ehtiyac yoxdur. Bunu onun ən qatı əleyhdarları da etiraf edirlər.
O, dünyanın dərk edən insan idi, bilirdi ki, fironlar kimi ehram sahibi olsan da axırı yoxdur. Başqalarının varidatını, həyatını yağmalayıb özünə kaşanələr tikdirənlər də bilməlidirlər ki, Sezara, Rokfellerə qalmayan dünya heç kəsə qalmayacaq. Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın