Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Elçibəyin sabiq müavini Ramil Usubovun göstərişi ilə nazirliyə çağırılıb

Elçibəyin sabiq müavini Ramil Usubovun göstərişi ilə nazirliyə çağırılıb

Bu gün Əbülfəz Elçibəyin sabiq müavini, “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Daxili İşlər Nazirliyinə dəvət olunub.

Bu haqda turkustan.info-ya Zəlimxan Məmmədli məlumat verib. Zəlimxan Məmmədlinin sözlərinə görə, nazirliyə çağırılması daxili işlər naziri Ramil Usubovun göstərişi ilə reallaşıb: “Bu gün daxili işlər naziri cənab Ramil Usubovun göstərişi ilə DİN səlahiyyətliləri ilə görüşdüm. Cənab nazirə göstərdiyi həssaslığa görə təşəkkür edirəm. Bilirəm ki, mənim Gürcüstan girişim haqqında yasaq qərarını Gürcüstan hakimiyyəti verib və bu problemi həll etmək DİN səlahiyyətinə aid deyil. İstəyim bu oldu ki, Azərbaycan siyasi hakimiyyəti, onun bütün rəsmi strukturları Azərbaycan vətəndaşına qarşı törədilmiş vandallığı aradan qaldırmağa səfərbər olunsun. Gürcüstanın bu qərarı ədalətsiz olmaqla, Azərbaycan siyasi hakimiyyətinə qarşı demonstraqtiv formada hörmətsizlikdir. Bir daha bəyan edirəm ki, Gürcüstanı təhdid edən bir əməl və fikir sahibi deyiləm. Hüquqdan kənar bir işim də olmayıb. Bu qərar Gürcüstan siyasi hakimiyyətinin, həm də Borçalı türklərinə sayğısızlıqdır. DİN də daxil bütün hökumət rəsmiləri bu məsələyə biganə qalmamalıdırlar. Bugünkü qəbulu da bu baxımdan əhəmiyyətli hesab edirəm. Azərbaycan Respublikasının Prezidentinin də bu problemə biganə olmayacağını düşünürəm“.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın