Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Şou Biznes / “Eləsi də var ki, danışmasam yaxşıdır” – Ədalət Şükürov

“Eləsi də var ki, danışmasam yaxşıdır” – Ədalət Şükürov

Əməkdar artist Ədalət Şükürov AzTV-də yayımlanan “Gün başladı” proqramına qonaq olub.
Ailədəki münasibətlərindən söz açan ifaçı hər hansı məsələ ilə bağlı qərar verəkən həmişə olmasa da, bəzən həyat yoldaşı ilə məsləhətləşdiyini deyib:

“Elə şeylər var ki, ona danışıram. Eləsi də var ki, danışmasam yaxşıdır. Çünki buna ehtiyac yoxdur. Bəzi şeylərdə məsləhətləşirəm. Ailə o zaman yaxşı olur ki, xanım kişini özünü ailə başçısı kimi hiss etməyə icazə verir. Sən həyat yoldaşından hansısa məsləhət alanda başa düşür ki, o, da nəsə deyə bilər. Ona görə də mütləq məsləhətləşmək lazımdır. Ev, avtomobil alanda həyat yoldaşınızla gedin ki, aldığınız əşya bərəkətli olsun. Yoxsa ki, aldım gətirdim və budan evdəkilərin xəbəri yoxdur. Bu, düzgün deyil”.

Verilişin aparıcısı Xədicə Sənani isə onun dediklərini təsdiqləyərək “Bağ evini alanda da birlikdə getmişdiniz. Heç özünüz orada qalmırsınız, dost-tanış üçün tikmisiniz” – deyə, bildirib.

Qeyd edək ki, Ə.Şükürov Aygün adlı xanımla evlidir. Onların bir qızı və bir oğlu var. /Axşam.az

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …