Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / Ekspert polisə verilən əlavə səlahiyyətləri şərh etdi

Ekspert polisə verilən əlavə səlahiyyətləri şərh etdi

Azərbaycan Respublikasının Milli Məclisinə hazırda qüvvədə olan, DİO-nun fəaliyyət istiqamətlərini və cinayətkarlıqla mübarizənin vəziyyətini tənzimləyən “Polis Haqqında” qanuna qismən dəyişikliklərin edilməsi barədə əlavə layihə təklif edib.
Azinforum.az deputatların müzakirəsinə çıxarılacaq “Polis Haqqında” qanuna dəyişikliklərin edilməsinə nə dərəcədə ehtiyacın olmasına “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevin fikrini öyrənmib.
Hüquqşünasın qənaətinə görə, polis əməkdaşlarına verilən yeni səlahiyyətlər qanunun 3-cü fəslinə – xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı səlahiyyətlərə əlavə olunacaq. Belə ki, polis əməkdaşının azadlıq və mənzil toxunulmazlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələrindən sonra 26-cı maddə bilavasitə fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi ilə bağlı məsələləri əhatə edir. Həmin maddə hansı hallarda polis əməkdaşı fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq edə və xidməti itdən istifadə edə bilər suallarına aydınlıq gətirilir. Məsələn; qiyam və iğtişaşlar zamanı, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə – xidməti itdən istifadə etmək mümkündür. İnzibati xəta və cinayət törədən şəxs tutulduqda – fiziki qüvvə tətbiq edilə bilər. Qanunun 4-cü bəndində odlu silahın tətbiqinə imkan verən hallar göstərilir. Həmin tələblərə uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır.
Lakin dünyada baş verən və bəzən də beynəlxalq ixtilaflara təsir edəcək bəzi vahimə doğuran cinayətlərin – terrorçuluğun radikalizm və ekstremizm əlamətləri ilə subyektiv cəhətləri özündə ehtiva edən xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün cəzanın sərtləşdirilməsinə zərurət yaranır. “Polis Haqqında” qanunun 26-cı maddəsinə yeni redaksiyada əlavənin – polis əməkdaşının odlu silahın tətbiqi ilə bağlı səlahiyyətlərinin artırılmasına da ethiyac yaranır. Qanunun 26-cı maddəsinin IV hissəsinin yeni – 8-ci bəndinə yəqin ki, “terrorçuluq və ya dini ekstrimizm, yaxud dövlətin konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda” ifadələri əlavə olunacaq.
Konstitusiya quruluşunun dəyişdiriməsi, radikalizm, ekstremizm, qanunlara, hakimiyyətin səlahiyyətli nümayəndələrinin qanuni tələblərinə tabe olmama itaətsizlik halları,onlara müqavimət göstərmə kimi yadda qalan “Nardaran hadisələri” belə bir bəndin əlavəsinə imperativ zəmin yaradır. Digər tərəfdən qanuna əlavənin edilməsi həddini aşmaq istəyən dairələrə və dövlətin bulanıq niyyətli vətəndaşlarına “dur” deyiləcək və “dərs” olacaq!
Qanunun mahiyyəti ondan ibarətdir ki, konstitutsiyanın 27-ci maddəsi “yaşamaq hüququndan məhrum etməni qadağan etsə də (qanunvericilikdə göstərilən hallardan başqa) bu qanun üzrə fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi zamanı hər hansı bir şəxsin həyatdan məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi dəyərləndirilə bilməz.
Qanunun və ona edilən əlavənin mahiyyət üzrə ətraflı şərhi maarifləndirmə xarakterli informasiya vasitələri ilə əhaliyə çatdırılmalıdır. Bu baxımdan, qanuna edilən əlavə gələcəkdə hər hansı bir boşluğun aradan qaldırılması və cəzanın tətbiqi zamanı analogiyalara, habelə hüquqi presedentlərə ehtiyac qalmasın deyə qəbul edilməlidir.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın