Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / Ekspert deputatın təklifini bəyənmədi

Ekspert deputatın təklifini bəyənmədi

“İnzibati xətaya görə vətəndaşlara yazılmış cərimənin hissə-hissə ödənilməsi təklifini dəstəkləmirəm”.

Bunu AzVision.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, cərimə vətəndaşların tənbeh edilməsi üçün nəzərdə tutulub və bunun kredit formasında tətbiq edilməsi düzgün deyil:

Kreditlə cərimə ödəmək odur ki, cərimələr hissələrə bölünür. Bu da heç kimə lazım deyil. Məncə, ölkə üzrə təhlil aparılmalıdır. Cərimələrin miqdarı əgər çoxdursa, vətəndaşlar üçün əlçatan deyilsə azaldılmalıdır. Elə etmək lazımdır ki, cərimə vətəndaşın ailə büdcəsinə ciddi ziyan vurmasın. Cərimələrin hissə-hissə ödəniməsi mexanizmi əlverişli deyil”,-deyə Ə. Hüseynov vurğulayıb.

Qeyd edək ki, İnzibati xətaya görə yazılmış cəriməni sürücüdən birdəfəyə ödənilməsi tələb edilir. Belə ki, sürücü zamanında ona yazılan cəriməni ödəmirsə, onun üzərinə əlavə faiz gəlir. Bununla bağlı deputat Fazil Mustafa cərimənin kredit şəklində ödənilməsini təklif edib. O qeyd edib ki, cərimənin ödənilməməsi dövlət orqanını daha çox ziyana salır. Ona görə də cərimənin hissə-hissə qaytarılması həm vətəndaşa, həm də dövlət büdcəsinə xeyirdir.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın