Ana səhifə / Şou Biznes / Eks-nazirdən yeni nazirə – MƏSLƏHƏT

Eks-nazirdən yeni nazirə – MƏSLƏHƏT

“Prezidentin Ramin Quluzadəni rabitə və yüksək texnologiyalar naziri təyin etməsi müsbət addımdır. Hesab edirəm ki, bu sahədə gənclərə üstünlük verilməlidir”.

Bunu AzVision.az-a açıqlamasında sabiq rabitə naziri Nadir Əhmədov deyib.

Eks-nazir Ramin Quluzadənin naziriliyin əvvəlki hörmətini geri qaytaracağına inandığını bildirib.

“İnanıram ki, yeni nazir ölkə başçısının etimadını doğruldacaq və yeni-yeni uğurlar əldə edəcək. Ulu öndər Heydər Əliyev məni nazir təyin edəndə öz məsləhətini vermişdi. Bildirmişdi ki, ədalətli nazir olmalısan, korrupsiyaya qarşı mübarizə aparmalısan, rabitəçilərlə yüksək münasibətdə olmalısan və yeni texnologiyanı Azərbaycana gətirməlisən. Mən də yeni nazirdən xahiş edirəm ki, bunlara riayət etsin.

Şübhəm yoxdur, inanıram ki, yeni nazir layiqincə işini görə biləcək. Nazirlikdə bundan öncə yol verilən səhvlər düzəltmək lazımdır. Gənc nazirə məsləhətim odur ki, nazirliyin əvvəlki hörməti geri qayıtsın, qurumun adı bir də neqativ hadisələrdə hallanmasın”

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub. 39 yaşı olan R.Quluzadə Azərbaycanın hazırda ən gənc naziridir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın