Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Ekalogiya naziri işçilərini danladı – 7 gün vaxt verdi

Ekalogiya naziri işçilərini danladı – 7 gün vaxt verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda dörd məsələ – Meşələrin İnkişafı, Ətraf Mühitin Mühafizəsi, Milli Hidrometeorologiya və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin 2016-cı ilin ötən 8 ayı ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda nazir Hüseyn Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. İclasda meşəbərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə göstərişlər verilib. Hidrometeorologiya müəssisələrində isə son illərdə texniki-təchizat bazasının yenilənməsi prosesi baş versə də, bəzi məsul şəxslərin vəzifə borclarını layiqincə yerinə yetirə bilməmələri xüsusi qeyd olunub və hidrometeorologiya idarələrinin bir sıra işçisinə töhmət verilib.

Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib. Bəzi tabeli qurumların fəaliyyəti ilə bağlı kompleks araşdırma aparılması tapşırılıb və onların barəsində 7 gün ərzində son qərar qəbul ediləcəyi bildirilib. Azinforum.az

Həmçinin oxuyun

“Onlardan bezib televiziyadan getdim“ – Ceyran Rəhimova 

“Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim …

Bir cavab yazın