Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Şou Biznes / “Ehtiyatlı olmasam, məni də videoya çəkərlər” – Vaqif Əsədov

“Ehtiyatlı olmasam, məni də videoya çəkərlər” – Vaqif Əsədov

Bir neçə gün öncə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun xidməti avtomobillə yol hərəkəti qaydalarını pozması haqda xəbər geniş müzakirələrə səbəb olmuşdu.

Sosial şəbəkələrdə DYP rəsmisinin xidməti avtomobili ilə qaydaları pozmasını əsk etdirən görüntü yayılmışdı. İddia olunurdu ki, V.Əsədov yol hərəkəti qaydalarını pozub, o, buna görə qanunu şəkildə cərimə ödəməlidir.

V.Əsədov isə iddiaları rədd edərək heç bir qayda pozuntusuna yol vermədiyini bildirmişdi. Qeyd etmişdi ki, görüntülər yenidən araşdırılacaq, əgər onun təqsiri sübuta yetirilərsə, cərimə ödəyəcək.

DYP rəmisi yenidən bu məsələyə yenidən aydınlıq gətirib. AzVision.az-a açıqlama verən V.Əsədov qayda pozuntusuna yol verilmədiyini deyərək, buna görə cərimə ödəmədiyini bildirib: “Əgər orada qayda pozuntusu olsaydı, cəriməmi ödəyərdim. Belə bir hal yoxdur. Ona görə də cərimələnmədim”.

V.Əsədov bir neçə il öncə şəxsi avtomobili ilə qaydaları pozduğunu və cərimə ödədiyini etiraf edib: “Sürət həddini saatda 20 kilometr aşmaqla qaydanı pozmuşdum və cərimə ödədim. Mən də digərləri kimi adi sürücüyəm, tələsə bilərəm, sürət həddini aşa bilərəm, xəta törədə bilərəm. İnzibati xətalardan heç kim sığortalanmayıb. Heç kim deyə bilməz ki, mən qaydaları pozmuram. Bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıqdan yol hərəkəti qaydalarının pozulması inzibati xətadır. İnzibati xəta törədən hər kəs məsuliyyətə cəlb olunmalıdır. Ehtiyatlı olmalıyıq. Tanınmış şəxs olduğum üçün şəxsi avtomobilimi idarə edən zaman ehtiyatlı olmağa çalışıram. Çünki kimsə kənardan məni videoya çəkə bilər. Avtomobil idarə edəndə diqqətli olmağa çalışıram”.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …

Bir cavab yazın