Çərşənbə , Mart 22 2023
Ana səhifə / Şou Biznes / “Efirə həsrət qalmışam” – Fədayə Laçın

“Efirə həsrət qalmışam” – Fədayə Laçın

Müğənni Fədayə Laçın Rusiyadakı həyatından danışıb.

Sənətçi “Evdəkilərə salam” verilişinin qonağı olub. Fədayə bildirib ki, yaxın günlərdə Azərbaycana qayıdacaq:

“3 ildir Rusyaya gəlmişəm. İki dəfə Bakıya toya getmişəm, yenə bura qayıtmışam. Tale məni bura atdı. Peşman da deyiləm. Mənim üçün bir qapı açıldı. Həbsdən sonra fürsət oldu. Demədim ki, gəlim havamı dəyişim. Gəldim, elə alındı ki, qayıtmadım. Deyə, bilmərəm nə vaxt qayıdacağam, ancaq qayıdacam. Amma qəribçilik bir şey deyil. Efirə, səhnəyə həsrət qalmışam. Arada gəlib Rusiyada məni çəkirlər”.

Qeyd edək ki, F.Laçın həbs edilib və 2019-cu ildə azadlığa buraxılıb.

Həmçinin oxuyun

“Elzanın şeirlərini başa düşmək üçün 11 dəfə oxumalısan”

Əməkdar artist Cavanşir Məmmədov həmkarı Elza Seyidcahanın şeirlərindən danışıb. Müğənni “Gündən-günə” verilişində bu haqda danışıb. …