Ana səhifə / Şou Biznes / Ebru Gündeşin Bakıda möhtəşəm konserti baş tutdu (VİDEO)

Ebru Gündeşin Bakıda möhtəşəm konserti baş tutdu (VİDEO)

Noyabrın 3-də Türkiyənin məşhur müğənnisi Ebru GündeşBakıda konsert proqramı ilə çıxış edib.
Baku.ws xəbər verir ki, müğənni Heydər Əliyev Sarayının səhnəsində canlı ifası ilə əsl sənət nümayiş etdirib.
Bir neçə sevilən mahnısını ifa edən sənətkar daha sonra hər kəsi salamlayıb və paytaxtımız üçün çox darıxdığını bildirib:
“Mən çox darıxmışam, bəs siz? Hər kəsə təşəkkür edirəm, xoş gəlmisiniz. Çox xoşbəxtəm, bura ikinci vətənimizdir. Həmişə belə görmüşük”.
Ebru Gündeş gecədə özünün və həmkarlarının repertuarına müraciət edərək məşhur mahnıları səsləndirib.
Konsertdə üç Azərbaycan mahnısı ifa edən müğənni “Oynaya bilmirəm, üzrlü sayın. Bircə oynamağı da öyrənsəydim” sözlərini əlavə edib.
Musiqili gecə bir çox özəl məqamları ilə diqqət çəkib.  Belə ki, Ebru Gündeş zalda əyləşən müğənni Aygün Şükürovanı səhnəyə dəvət edib və ondan bir mahnı oxumağını istəyib.
Aygün məşhur “Ayrılıq” mahnısını ifa edən zaman isə Ebru gözlənilmədən ona qoşulub.
Qeyd edək ki, müğənni Aygün Şükürova Ebru Gündeşlə Türkiyənin “Star” telekanalı ilə nümayiş olunan “Popstar Alaturka-1” yarışmasında iştirak edərkən tanış olub.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …