Ana səhifə / Şou Biznes / Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı – FOTO

Ebru Gündeşin ərinin keçmiş arvadı danışdı – FOTO

Məşhur türkiyəli sənətçi Ebru Gündeş və iş adamı Murat Özdemir cütlüyü ötən günlərdə Dubayda ailə qurub.

Cütlük toydan sonra paylaşım edərək evlilik iddialarını təsdiqləyib.

Gündeşlə Özdemirin evləndiyi dəqiqələrdə Murat Özdemirin keçmiş arvadı Selin Kabaklı “Instagram” hesabında paylaşım edib.

“Ya Rəbbim, yol sənin, qul sənin, cəza sənin”, – deyə o, paylaşımda bildirib və bu sözləri gündəm olub.

Qeyd edək ki, Murat Özdemirin Selin Kabaklı ilə evli olduğu müddətdə Ebru Gündeşlə eşq macərası yaşadığı iddia edilib.

Xəyanətə məruz qaldığı iddia edilən Selin Kabaklı bununla bağlı açıqlama verib. 2002-ci ilin “Best model” gözəli seçilən 36 yaşlı və bir uşaq anası olan Kabaklı təfərrüatları paylaşmayıb.

“Bu mənim ilk və son açıqlamamdır. Ümid edirəm ki, Ebru abla mənə yaşatdıqlarını və yaşadılanları yaşamaz. Hər kəsin yolu açıq olsun”, – deyə o vurğulayıb.//Oxu.az

Həmçinin oxuyun

“Cavanşir Məmmədov çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını…”

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”. Olay xəbər …