Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Şou Biznes / Ebru Gündeş Rza Zərrabdan Hadisəyə görə boşanır?İDDİA

Ebru Gündeş Rza Zərrabdan Hadisəyə görə boşanır?İDDİA

Türkiyənin məşhur sənətçisi Ebru Gündeşlə Rza Zərrabın boşanma prosesində müğənni Hadisənin adı hallanıb.

 Türkiyə mətbuatı bildirir ki, Ebru Gündeş 11 ildir ki, evli olduğu həyat yoldaşı, məşhur biznesmen Rza Zərrabdan boşanma səbəbini açıqlayıb.

Məhkəməyə üz tutan Gündeş boşanmasının səbəbini Rza Zərrabın ona xəyanət etməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Rza Zərrabın münasibətdə olduğu qadınlar arasında tanıdığı bir sima da var. Bu şəxs “O səs Türkiyə”də münsiflərindən biri olan və onun uzun illərdir ən yaxın rəfiqələrindən biri olan Hadisədir. 

Ebru Gündeş iddia edib ki, bunu sübut edəcək şahidləri də var. Məlumata görə, Gündeşin qızının dayəsi də şahidlər arasındadır.İddialara əsasən, Hadisə Rza Zərrabla birgə olmaq və kimlərsə tərəfindən görüntülənməmək üçün Türkiyədən ABŞ-a gizli gedib və hər görüşdə ehtiyatlı davranıb.
Türkiyə mediasında indi ən çox Hadisə ilə Ebru Gündeşin yenidən “O səs Türkiyə”də birgə münsif masasında oturub-oturmayacağı müzakirə edilir. 
Musavat.com 

Həmçinin oxuyun

“İstəyirəm mən öləndə hamı gülsün, sevinsin“

“Təkcə xanımlar yox, kişilər də paxıllıq edirdi. Hər zaman gözəl olmuşam. Buna görə də ən …