Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / EAİB  Şirvan Milli Parkına səyahət təşkil edib

EAİB  Şirvan Milli Parkına səyahət təşkil edib

Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihə işində nəzərdə tutulan və fəaliyyət planına uyğun olaraq 12 may 2016-cı il tarixində ilk tədbirini həyata keçirtmişdir. Bakı Türk Anadolu Lisesinin Orta Okulundan 6, 7, 8 – ci sinif öyrəncilərindən ibarət 26 nəfər uşaq, 2 nəfər öyrətmən, bir neçə QHT nümayəndəsi və Eko Aləm İctimai Birliyinin üzvlərindən ibarət “Təbiətin dostları” qrupu yaradılmış və Şirvan Milli Parkına səyahət təşkil edilmişdir. Eko Aləm İctimai Birliyi Şirvan Milli Parkına bu səfəri təşkil etmək üçün Ekalogiya Təbii Sərvətlər Naziri cənab H. Bağırova məktubla müraciət etmişdir. Tədbir onların razılığı və dəstəyi ilə həyata keçirilmişdir.
Parkın ərazisində Milli Parkın direktoru Elşən Məcidov uşaqları qarşılamış onları salamladıqdan sonra gərəkli məsləhətlərini vermişdir. Uşaqları Milli Parkın ərazisini gəzdirmək üçün onlara bələdçi təhkim etmişdir.
Bələdçi Hikmət Qəmbərov “Təbiətin dostları” adlı öyrəncilərdən ibarət qrupu Şirvan Milli Parkın fauna və florası ilə etmiş və olduqca maraqlı məlumatlar vermişdir. Uşaqlar Şirvan milli Parkında yaşayan ceyranları təbii yaşayış yerlərində müşayət etmək imkanı əldə etmiş, ətraf mühiti müşahidə edərək şəkillər çəkmişlər.
Uşaqlar Şirvan Milli Parkında olduqca zəngin biliklərlə dolu maraqlı bir gün keçirtmişlər. Keçirilən bu tədbirin manitorinqini aparmaq üçün Şura Katibliyin Məsləhətçisi xanım Gülsəba Ələsgərova da tədbirin işində iştirak etmişdir.
Bu səfərdə ümumilikdə 39 nəfər iştirak edib.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın