Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Şou Biznes / DYP-dan valideynlərə çağırış…

DYP-dan valideynlərə çağırış…

Dövlət Yol Polisi valideynləri uşaqlarla yolu keçərkən diqqətli olmağa çağırır.

Azinforum.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, yol polisi tərəfindən müəyyən işlərin aparılmasına baxmayaraq, valideynlər uşaqlarla birgə yolun hərəkət hissəsinə çıxırlar: “Məktəblərdə dərslərin başladığı, bitdiyi saatlarda orta məktəblərdən uşaqlarını götürən valideynlər onlarla birgə yolun hərəkət hissəsinə çıxırlar. Bu insanlar hətta öz mənfi hərəkətlərini ictimailəşdirəndə də çəkinmirlər”.

K.Əliyev hesab edir ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı orta məktəblərdə dərs saatlarının sayı artırılmalıdır: “Bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə müraciətlər də olunub. Çünki azyaşlılara elə uşaq vaxtından bu təhlükəsizlik qaydalarını aşılamaq lazımdır ki, gələcəkdə bu cür təhlükələrdən həyatlarını sığortalamış olsunlar. Yuxarı siniflərdə də bu cür dərs saatlarının keçirilməsi məqsədəuyğundur. Çünki yeni nəsil bu qaydalara riayət etsə, yaşlılar da edər. Amma indi yaşlı nəsil də, orta nəslin nümayəndələri də, yeniyetmələr də, uşaqlar da bu qaydaları pozur. Hətta uşaqlar bəzən böyüklərdən fərqli olaraq yolun hərəkət hissəsinə çıxmırlar. Tək olanda piyada keçidlərindən istifadə edirlər. Valideynlər bu cür hərəkətlərə yol verməməlidirlər, onlar ilk növbədə öz övladlarının təhlükəsizliyini düşünməlidirlər”.

Həmçinin oxuyun

Nadir Qafarzadənin açıqlamasına böyük təpki

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə həyat yoldaşı tərəfindən qətlə yetirilən 38 yaşlı Emine …

Bir cavab yazın