Ana səhifə / Şou Biznes / Dünyanın ən populyar avtomobilinin adı məlum olub

Dünyanın ən populyar avtomobilinin adı məlum olub

Bu ilin I rübünün yekunlarına görə, “Toyota Corolla” dünyada ən çox satılan minik avtomobili olub.

Rusiya mətbuatı xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında Yaponiyanın avtomobil istehsalçısı sözügedən modeldən 297471 ədəd satıb. Bu isə 2016-cı ilin eyni dövrünə nisbətən 0,9% azdır. Bir il bundan əvvəl dünyada 306357 ədəd “Toyota Corolla” realizə edilib.

Hesabat dövründə populyarlığına görə 2-ci yerdə pikap ban tipli “Ford F-Series” qərarlaşıb. Bu avtomobilin satış həcmi 244709 olub ki, bu da illik müqayisədə 9,8% çoxdur.

Ən çox satılan avtomobillər arasında 3-cü yeri isə “Volkswagen Golf” tutub. Üç ay ərzində ondan 220140 ədəd satılıb ki, bu da illik müqayisədə 10,1% azdır.

“Honda CR-V”, “Honda Civic” modelləri müvafiq olaraq 214144 ədəd (14,4% çox) və 179948 ədəd (30,6% çox) satılaraq 4-cü və 5-ci yerlərə sahib çıxıb.

“Toyota RAV4” 175095 ədədlə 6-cı, “Ford Focus” 172927 ədədlə 7-ci, “Volkswagen Polo” 170984 ədədlə 8-ci, “Volkswagen Tiguan” 170736 ədədlə 9-cu, “Toyota Hilux” isə 168370 ədədlə 10-cu yeri tutub.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın