Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Dünyanın ən qorxulu kitabları – SİYAHI

Dünyanın ən qorxulu kitabları – SİYAHI

Dünyanın qorxulu kitablarından ən məşhurlarını təqdim edirik:
 
Stiven Kinq – “Üzləşmə”
60 kitab və yüz yetmişə yaxın həcmi kiçik əsərlərin müəllifi. Ən məşhuru “Üzləşmə” hesab olunur. Əsər qorxunc virusun bütün planetə yayılmasından bəhs edir.
Meri Şelli – “Frankenşteyn”
Romanı 1812-ci ildə yazıb. Bir adamı canlandırmaq üçün ölülərin hissələrini toplayan Viktor Frankenşteyndən bəhs edən əsər dünyanın ən qorxulu kitabı hesab olunur. İnsanlar Frankenşteyni görmək istəmir, ondan zəhlələri gedir. Ağlının itdiyini dərk edən Frankenşteyn yaşadığı yeri tərk edir və öz idrakının geri qayıtması üçün çaba göstərir.
Q.Lavkraft – “Çılğınlıq silsiləsi”
Ekspedisiya qrupu qədim dövrün dəhşətli mənzərəsi ilə toqquşur, Avstraliyaya yollanırlar. Orda onlar tərk edilmiş buzla örtülü şəhərlə qarşılaşırlar. Lavkraft xəyali deyil, sanki real, olmuş bir hadisəni yazırmış kimi nəql edir.
Şirli Cekson – “Təpədəki evin kabusu”
Kitab 1959-cu ildə yazılıb. Yazıçı təpələrlə əhatələnmiş evi təsvir edir. Ordan heç nə görünmür, qaranlıq duman kimidir. Heç kim gecə vaxtı orda qala bilməz. Daha sonra bura adamlar gəlir, onlar naməlum bir canlının izlərini tapırlar. Stiven Kinq bu romanı keçən əsrin ən vacib qorxulu əsəri hesab edir.
Edqar Po – “Qara pişik”
Bir neçə qorxulu hekayə və romanların müəllifi 1843-cü ildə “Qara pişik” əsərini bitirir. Bu əsərdə yazıçı öz ağrılarından qorxan alkoqolikdən bəhs edir. Bu alkoqolik öz pişiyini öldürür. Yanmış evin divarında onun pişiyinin silueti görünür.
Adolf Hitler – “Mənim mübarizəm”
Dünyanın ən qorxulu kitablarından biridir. Milyonlarla insanın qətlinə yol açan bu kitab bəzi ölkələrdə qadağan olunub. Öz həyatından və eləcə də nasist ideyasından bəhs edən “Mənim mübarizəm” kitabı qorxu saçır.
Yakob Şprenqer və Henrix Kramer – “Cadugərin çəkici”
Dünyanın ən qorxulu kitablarından hesab olunan “Şeytanların çəkici”ni danimarkalı inkvizitorlar – Yakop Şprenqer və Henrix Kramer yazıblar. İnkvizisiyanın fəaliyyəti minlərlə insanın ölümünə səbəb olub. Orta əsrlər Avropası üçün bu kitab sehrbazları və cadugərləri məhv etməyə yarayıb.
lent.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın