Şənbə , Yanvar 23 2021
Ana səhifə / Şou Biznes / “Dünyamı da dəyişsəm, 3-4 il…” – Nadirə AZTV-də qadağa qoyulub?

“Dünyamı da dəyişsəm, 3-4 il…” – Nadirə AZTV-də qadağa qoyulub?

Müğənni Nadir Qafarzadə AZTV-də ona qadağa qoyulduğunu iddia edib. 

İfaçı bu barədə sosial şəbəkədə yaydığı videoda deyib:

“10 gün əvvəl məni “Eyvanda” layihəsinə dəvət etdilər. Dedilər ki, mayın biri verilişin son buraxılışını mənimlə çəkəcəklər. Mən də verilişdə olacağımı sizinlə bölüşdüm. Layihənin instaqram səhifəsində də elan verdilər. Mənə səhər zəng etdilər ki, verilişin formatı dəyişib, indiyə kimi iştirak edən qonaqlar birlikdə çıxış edəcək. Düşünürəm ki, bu mənə qarşı olan haqsızlıqdır. Uşaq deyiləm, 49 yaşım var. 1983-cü ildən Dövlət Televiziyasında efirə çıxmışam. Bəlkə də, rəhbərliyin xəbəri yoxdur, bilmirəm. Sonra anladım ki, AZTV-də qadağadayam. Mənim kimi bir çox ifaçılar qadağadadır. Bir televiziya olmasa, o birində efirə çıxarıq. Xalq bizi tanıyır, dünyamı da dəyişsəm, 3-4 il yaddan çıxmayacam. Vəzifə gəldi-gedərdi. Amma sənətçinin sənəti qalır. İşimizə pər vuran insanlar var. Ömürboyu qabağımı kəsənlər olub. Bizim daxilimizdə düşmənlər var, Allah bizi onlardan qorusun”. Musavat.com 

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …