Ana səhifə / Şou Biznes / Dünya xalqlarında yas məclisləri – Kim ehsan süfrəsində hansı yeməkləri verir?

Dünya xalqlarında yas məclisləri – Kim ehsan süfrəsində hansı yeməkləri verir?

Dünya xalqlarının bir-birindən fərqli dəfn adətləri möcvuddur. Bu adətlərin formalaşmasına dini, milli və coğrafi amillərin çox böyük təsiri olub. Dəfn adətlərinin çox önəmli elementi həm də ehsan süfrəsi ilə bağlıdır.


Modern.az saytı bəzi yaxın ölkələrdəkiyas mərasimlərində süfrəyə hansı təam və içkilərin qoyulduğunu araşdırmağa çalışıb.


Gürcüstan.
Yas mərasimi mərhumun vəfatının 7-ci günündə keçirilir. Ehsan süfrəsində mütləq çörək, çaxır və su olmalıdır. Bundan başqa, ölkənin regionlarından asılı olaraq məclisə balıq, mxali (qozla qarışdırılmış göy-göyərti), bozbaş, lobya, qovurma, xaşlama və quzu dərisində hazırlanmış xüsusi “Şilaplavi” plovu gətirilir. “Şilaplavi”nin gətirilməsi mərasimin sonuna işarə edir və süfərinin tamadası mərhum haqda sonuncu sağlığı deyir. Qaydalara uyğun olaraq, yasda yalnız 9 sağlıq deyilə bilər.

 

Türkiyə. Bu ölkədə yas mərasimi ilə bağlı xüsusi təamlar hazırlanmır. Dəfn günü keçirilən mərasimdə süfrəyə yalnız çay, halva və qənd verilir. Türkiyənin bəzi bölgələrində isə menyuya pendirli börək, kurabiyə və keks də daxildir.
Mərhumun qırx mərasimi ilə bağlı mərasimə gələn hər kəsə lokum paylanır. 52 mərasimində isə mərhumun evinə molla gəlir və ruhuna dualar oxuyur. Mərasimdə qadınlar və kişilər ayrı-ayrı dururlar. Bundan sonra isə adətən, məclisə yüngül yeməklər gətirilir.

 

İran. Yas mərasimlərində əsas təam plov sayılır. Xüsusi olaraq toy və yas mərasimləri üçün mərasim plovu hazırlanır. Bu plov qoyun ətindən hazırlanır və onun üzərinə yaşıl noxud əlavə olunur. Yas mərasimində mərhumun ruhuna dualar oxunduqdan sonra ehsan süfrəsi aşılır. İlk olaraq çay və şirniyyat gətirilir. Daha sonra mərasim plovu gətirilir. Yas məclisinə yalnız kişilər qatılır və onlara qulluq edənlər də yalnız kişilər olur.   

 

Rusiya. Bu qonşu ölkə zəngin yas süfrəsi ilə seçilir. İstənilən rus ailəsində yas mərasimində əsas təam hədik sayılır. Hədik adətən buğda, bal və süd qatılaraq hazırlanır. İlk olaraq, stola borş yaxud sup gətirilir. Məclis kartof püresi, qızardılmış balıq və göbəkələ davam edir. Bəzi bölgələrdə menyuya müxtəlif sıyıqlar, tərəvəz salatları əlavə olunur. Daha sonra məclis kələm yaxud yerkökü kotleti və badımcan kürsü ilə davam etdirilir.
Sonda adətən, desert verilir. Bura pirojnalar, kökə və konfetlər daxildir. Şirniyyatla yanaşı, kompot, kvas və çay da süfrəyə verilir.
Onu da qeyd edək ki, rusların yas məclisi araqsız keçmir.
Ev sahibi qonaqları yola salarkən onlara şirniyyat paylayır.

 

Ermənistan. Dəfn günü və ertəsi gün əsas yas məcilisi keçirilir. Bu zamana məclisdə əsas təam xaşlama sayılır. Quzu ətindən hazırlanan xaşlama tərəvəzlə birlikdə süfəryə qoyulur. Bundan başqa, mərasimdə sucuk, pendir, basdırma, qızardılmış kartof və əriştə olur. Yas stolunda qadınlar və kişilər ayrı oturur.
Məclisdə mütləq araq da olur.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın