Aurelio Monn may ayından yola çıxıb.

İndiyə kimi 15 ölkə qət edən velosəyahətçi əsasən meyvə şirələrini daha çox qəbul etdiyini deyir. Xərclərə qənaət etmək üçün isə hotellərdə yox , çadırda qalmağa üstünlük verir. O, ölkəmizdə olduğu müddət ərzində paytaxt Bakıya da baş çəkib.

Əcnəbi səyahətçi deyir ki, Azərbaycanın təbiəti öz gözəlliyi ilə digər qonşu ölkələrdən fərqlənir. Çünki burada həm isti çöllərə, həm də sərin meşələrə rast gəlmək mümkündür:

Aurelio Monn (velosəyyah) : “Burada hava İrandakı kimi çox qurudur. Mən də isti olduğu üçün səhraları çox sevirəm. Bakı gözəl şəhərdir. Dəniz qoynundadır. Bildiyimə görə, “Formula” iki ildir ki, burada keçirilir”.

Gün ərazində 150 km-ə yaxın yol qət edən səyyah səhhətində hər hansı bir problem yaşamayıb. Hədəfi isə səfəri Tailandda başa çatdırmaqdır.