Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Şou Biznes / “Dubay Sevinc” beynəlxalq axtarışa verildi – VİDEO

“Dubay Sevinc” beynəlxalq axtarışa verildi – VİDEO

3 dil bilən Sevinc Xəlilova Birləşmiş Ərəb Əmirliklərində yaşayır

 
Azərbaycan insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib. Lent.az İnterpol-a istinadən xəbər verir ki, axtarışa verilən Sevinc Xəlilovanın 50 yaşı var. O, Azərbaycan dili ilə yanaşı, rus və ərəb dilini də mükəmməl bilir. Sevinc Xəlilovanın gözləri qəhvəyi rəngdədir, boyu isə 1 metr 58 santimetrdir.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları insan alverində şübhəli bilinən Qafur Bağırov adlı şəxsi yaxalamışdı. O, istintaqa ifadəsində azərbaycanlı qadınları fahişəliyə cəlb etmək məqsədi ilə Dubaya apardığını etiraf etmişdi və Dubayda bu işlərə Sevinc Xəlilovanın rəhbərlik etdiyini demişdi.
İnsan alverinin qurbanı olmuş qadınlar isə S.Xəlilova və ətrafındakı şəxslər tərəfindən Birləşmiş Ərəb Əmirliklərində fahişəliyə məcbur edildiklərini, sənədlərinin onlar tərəfindən gizlədilməsini və zorakılığa məruz qaldıqlarını bildiriblər.
O da bildirilir ki, S.Xəlilova daimi olaraq Dubayda yaşayır və Azərbaycana gəlmir.

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …

Bir cavab yazın