Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / DTX və DİN-lə birgə əməliyyat keçirdi

DTX və DİN-lə birgə əməliyyat keçirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DİN) tərəfindən müvafiq razılığı olmayan, habelə dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatların mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.

Bu barədə mətbuata DQİDK-nin mətbuat xidmətindən bildirilib.
Baxış zamanı “Qobu yolu” adlanan ərazidə ferma köşkündən 40 adda dini təyinatlı ədəbiyyat, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkar edilərək götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın