Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “DTX-nın sərhəd rayonlarına diqqəti artırması təqdirəlayiqdir”

“DTX-nın sərhəd rayonlarına diqqəti artırması təqdirəlayiqdir”

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev mətbuata açıqlamasında sərhədyanı rayonlarda rəhbərlik etdiyi qurumun fəaliyyətinin daha güclü təşkil ediləcəyini bildirib.
Bununla bağlı Moderator.az-a açıqlama verən sabiq polis rəisi Mahmud Hacıyev strateji əhəmiyyətli sərhəd rayonlarına DTX-nın diqqəti artırmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Biz bundan öncə də dəfələrlə qeyd etmişdik ki, strateji əhəmiyyətli sərhəd rayonlarında MTN-nin, indiki DTX-nın daha çevik və daha optimal fəaliyyəti zəruridir. Çünki bu rayonlar sərhəd rayonları olduğu üçün ölkəmizin təhlükəsizliyi baxımından daha böyük önəm daşıyır. Bu baxımdan DTX-nın sərhəd rayonlarına diqqəti artırması, bu rayonlarda daha güclü fəaliyyət ortaya qoymaq əzmi təqdirəlayiqdir. Hesab edirəm ki, belə bir fəaliyyət ölkəmizin təhlükəsizliyinin daha etibarlı müdafiəsini təmin edəcək, anti-Azərbaycan xarakterli addımların zamanında ifşasına kömək edəcəkdir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın