Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / DTX: Azərbaycanda terror aktı törətmək istəyən şəxs məhv edildi

DTX: Azərbaycanda terror aktı törətmək istəyən şəxs məhv edildi

Azərbaycan Respublikas Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Bakı şəhərində Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın