Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / DSMF-yə MDB ölkələrindən daxil olan müraciətlərin sayı artıb – Rəsmi

DSMF-yə MDB ölkələrindən daxil olan müraciətlərin sayı artıb – Rəsmi

2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 5072 müraciət daxil olub və onların arasında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.

Bu barədə Azinforum.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat daxil olub.

Bildirilib ki, ötən dövr ərzində Fonda MDB ölkələrindən 3744 müraciət göndərilib ki, bu da əvvəlki illə müqayisədə 11,49 faiz çoxdur. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanıb təsdiq olunmasından, konkret hallar üçün ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir:

“Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə Cumhuriyyəti gəlir və qardaş ölkədən Fonda 380 müraciət ünvanlanıb. Bu müraciətlər əsasən Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məsələlərini əhatə edir”.

Məlumatda o da qeyd olunub ki, Dövlət Sosial Müdafiə Fonduna daxil olan digər 948 müraciət isə ayrı-ayrı xarici ölkələrdən və vətəndaşlardan daxil olmuş müraciətlərdir.

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın