Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / DSMF keçmiş rəhbəri müəllimliyə başlayır

DSMF keçmiş rəhbəri müəllimliyə başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq rəhbəri Elman Mehdiyevin yeni iş yeri məlum olub.

APA bildirir ki, E. Mehdiyev öz xahişi ilə DSMF-nin direktoru vəzifəsində ayrılıb və yeni tədris ilindən artıq Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim kimi çalışacaq. Qeyd edək ki, E. Mehdiyev DSMF-də çalışdığı müddət ərzində də Akademiyada dərs deyib.

Xatırladaq ki, ötən gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müvafiq əmrinə əsasən, Zakir Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib.

Nazirin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov fond direktorunun müavini vəzifələrinə təyin olunublar.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın