Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Döyüş gündəliyi – Talış” filmi təqdim edilib – FOTO

“Döyüş gündəliyi – Talış” filmi təqdim edilib – FOTO

Bu gün Bərdə rayonundakı N saylı hərbi hissədə hərbi yönümlü blogger Tofiq Şahmuradovun hazırladığı və ötən iı aprel döyüşlərindən bəhs edən “Döyüş gündəliyi – Talış” filminin təqdimatı keçirilib.

Təqdimatda korpus komandiri general –mayor Hikmət Həsənov, keçmiş döyüşçülərdən Xətai Baxışov, Abuzər Adilov, Rey Kərimoğlu, Firudin Məmmədov, Məhi Mehtiyev, Fuad Salahov və Səbirə Mahmudova çıxış edərək təqdim olunan filmin yüksək əhəmiyyətindən danışıblar. Belə filmlərin çox olmasının vacibliyini qeyd ediblər.

Film daha çox informativ maarifləndirmə xarakteri daşıyır və ötən ilin aprel döyüşlərində əldə olunmuş uğurlardan söz açır. Aprel döyüşlərinin mahiyyəti, əldə edilən müvəffəqiyyətli nəticə haqda filmdə geniş məlumat verilib

Çıxış edənlər filmin yüksək əhəmiyyətindən söz açaraq müəllifə uğurlar arzulayıblar.

Tədbirin sonunda general-mayor Hikmət Həsənov Tofiq Şahmuradova və filmin yaradıcı heyətinə təşəkkürnamə və hədiyyə təqdim edib.

Həmçinin, Bakıdan gedən döyüşçülər ön cəbhədə Talış kəndi istiqamətinə səfər edərək əsgər və zabitlərlə də görüşüblər.(Qaziler.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın