Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Döyülərək küçəyə atılan Yağmurun anası: “Əcəb eləyib atmışam”

Döyülərək küçəyə atılan Yağmurun anası: “Əcəb eləyib atmışam”

Döyülərək çılpaq vəziyyətdə küçəyə atılan Yağmurun anası baş verənlərdə özünü günahkar bilmədiyini deyib.
Moderator.az-ın məlumatına görə, Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan “Bizə danış” proqramına gətirilən Şahnaz (qeyd edək ki, hamı onu Lamiyə kimi tanıyır) ona qarşı irəli sürülən ittihamlardan özünü müdafiə edərkən bu sözləri işlədib:
“Uşağı anamın yanında qoyub iş dalınca getmişəm. Anama nifrət edirəm, çünki qardaşımla mənə də baxmayıb. Uşağımla kafeləri gəzməyəcəkdim. Mən uşağıma baxıram, baxmasaydım atardım. 4-5 yaşa mən gətirib çıxarmışam”.
Ekspertlər ona uşağına düzgün analıq etmədiyini irad tutduqda Şahnaz əsəbiləşib. Onun qınaqlara reaksiyası isə hər kəsi təəccübləndirib: “Yaxşı eləyib atmışam! Sonra nə sözünüz var? Əcəb eləmişəm”!
Çılpaq və zorakılıq əlamətləri ilə küçədən tapılan balaca Yağmurun anası üzə çıxdı.
Moderator.az-ın məlumatına görə, Xoşqədəm Hidayətqızının “Xəzər” TV-də yayımlanan “Bizə danış” proqramı vasitəsilə axtarılan ana uşağın yerləşdirildiyi “Azərbaycan Uşaqları İctimai Birliyi”nin sığınacağına gedib.
Özünü Lamiyə kimi tanıtdıran (Yağmur tapılan zaman anasının adının Lamiyə olduğunu bildirmişdir) qadının əsl adı Şahnaz imiş. Ana uşağının 1 ay əvvəl sevgilisi tərəfindən döyüldüyünü etiraf edib.
Sığınacağın rəhbəri Kəmalə Ağazadə ananın durumundan şübhələndiyi üçün uşağı ona verməkdən imtina edib. Onun qollarında kəsik izləri olub. Kəmalə xanımın sözlərinə görə, qadının sürdüyü mənfi həyat tərzi xarici görünüşündən özünü büruzə verdiyindən Yağmuru yenidən onun ixtiyarına vermək düzgün sayılmazdı. Ananın mənəvi və psixoloji durumu Yağmuru ona qaytarmağa imkan vermirdi.
Acınacaqlı hallardan biri də budur ki, nə ananın, nə də Yağmurun sənədləri yoxdur. Ana uşağının 2013-cü ilin iyulunda doğulduğunu bildirsə də, bunu təsdiq edən sənədi təqdim edə bilmədi. Şahnaz qızı Yağmurun doğma atasının kimliyi barədə də dəqiq məlumat verə bilməyib.
“Bizə danış” proqramına zəng vuran tamaşaçılardan biri Lamiyə kimi tanınan Şahnazın Yağmura doğru-düzgün analıq etmədiyini söylədi. Tamaşaçının sözlərinə görə, qadın Elnur adlı sevgilisi ilə onların qonşuluğunda kirayədə yaşayıb. Uşaq mütəmadi olaraq ananın sevgilisi tərəfindən fiziki təzyiqlərə məruz qalıb.
Xatırladaq ki, Yağmurun valideynlərinin axtarışı ilə bağlı ilk olaraq “Azərbaycan Uşaqları İctimai Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkələrdə elan vermişdi. O, balaca qızın fotosunu paylaşaraq bildirmişdi: “Bu balaca uşağı sığınacağa polislər gətirib. Əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Çılpaq imiş. İkin baxış zamanı uşağın zorakılığa məruz qaldığı aşkarlandı. Anasının adının Lamiyə, atasının adının Elnur olduğunu deyir. Yağmur atası tərəfindən dəfələrlə döyüldüyünü, sonda isə çılpaq vəziyyətdə küçəyə atıldığını deyir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın