Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəisi Həbib Həsənov kimdir? — FOTO

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəisi Həbib Həsənov kimdir? — FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin 08 may 2017-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Yeni təyin olunan rəis Həbib Həsənov 1968-ci ildə anadan olub. Azərbaycan Texniki Universitetində mühəndis-mexanik və Bakı Dövlət Universitetində hüquqşünas ixtisasları üzrə təhsil alıb. Əmək fəaliyyətinə avtobazada mühəndis olaraq başlayıb. 1994-cü ildən Dövlət Gömrük Komitəsində inspektor,  Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində yol hərəkətinin təşkili və xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru vəzifələrində işləyib. Polis polkovnikidir. Son illərdə özəl şirkətlər qrupunun direktorlar şurasının sədri vəzifəsində çalışıb. (Ölkə.Az)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın