Ana səhifə / Şou Biznes / Dövlət Əmək Müfəttişliyinin laqeydliyi Rəşad Məmmədovun azad edilməsinə səbəb oldu?

Dövlət Əmək Müfəttişliyinin laqeydliyi Rəşad Məmmədovun azad edilməsinə səbəb oldu?

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Səbinə Quliyeva bildirib ki, kompleksdə landşaft dizayneri kimi çalışıb, ərazidə yaşıllaşdırma dizaynı ilə məşğul olub.Prosesdə şahid qismində ifadə verən Ceyhun Cəfərov isə vəkil işlədiyini, İ.İsfəndiyarovun ondan obyekt alqı-satqısı sənədlərinə baxmasını xahiş resad_memmedov_bayraq3etdiyini deyib: “Sənədlərə baxıb ona məsləhət vermişəm”.Daha sonra məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. O, R.Məmmədov və İ.İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini, həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən A.Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib. Müşavirədən sonra məhkəmə təqsirləndirilən şəxslərə qarşı hökmü elan edib. Məhkəmənin hökmü ilə R.Məmmədov və İsfəndiyar İsfəndiyarov məhkəmə zalından azadlığa buraxılıb, Arzu Məmmədov barəsindəki ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittihamolunan İ.İsfəndiyarov, A.Məmmədov keçən ilin may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri sc36bc02722bc-2eçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb (Trend).

2015-ci il noyabrın 24-də Kavkaznews.az-da dərc olunan məqalədə “Azimport” tərəfindən aldadıldığını iddia edən bir qrup vətəndaşın sayta müraciəti dərc olunmuşdu.
İş adamı Elşən Əliyev bizə bildirirdi ki, “Azimport”la əldə olunmuş razılığa əsasən Dövlət Bayrağı Meydanı ətrafındakı binaların rənglənməsi ona tapşırılıb: “ Razılaşma şifahi olub. Rənglənmə işləri 3 ay müddətində başa çatmalı idi. Mən 540 nəfər fəhləni işə cəlb elədim. Biz işi vaxtında başa çatdırdıq”.
İşçilərlə əmək mIMG_06171-1üqaviləsi bağlanmadığını bildirən iş adamı müxbirimizin “Onda əmək haqqı necə hesablanırdı?” sualına belə cavab verdi: “ “Azimport” söz verdi ki, işçilərə yüksək əmək haqqı veriləcək. Ancaq yarım ayda bir dəfə işçilərə 20 manat pul verirdilər. Biz işi vaxtında yerinə yetirsək də “Azimport” bizi aldatdı və dediyi əmək haqqını vermədi. Bu gün şirkətin bizə 360 min manat borcu var”.
Müxbirimizin “ Şirkət əmək haqqını verməməyi necə əsaslandırır..?” sualına iş adamının cavabı belə oldu: “Azimport” şirkətinin nümayəndəsi SOCAR-ı ittiham edir ki, dediyi məbləği verməyib”.Magerram-Maharov-1

Məlumdur ki, Azərbvaycanda işçilərin hüquqlarının qorunması ilə Dövlət Əmək Müfəttişliyi məşğul olur. Biz qurumun rəis müavini Məhərrəm Maxarovdan məsələ ilə bağlı mövqeyini bildirməyi xahiş etdik. Maxarov bizə bildirdi ki, bu şirkətlə bağlı mənə heç nə məlum deyil: “ Mövcud qanunvericiliyə görə, işçilərlə əmək müqaviləsi bağlamayan sahibkar cinayət məsuliyyətinə cəlb olunur. Hazırda 540 nəfər işçidən söhbət gedir. Mən tapşırıq verəcəm məsələni araşdırsınlar. Əgər informasiya təsdiq olunsa, günahkarlar məsuliyyətə cəlb olunacaq”.
Biz Maxarovun vədindən sonra düşündük ki, problem həll olunub. Ancaq biz səhv etmişik…
Şirkətin adını deməyən əməkdaşı bizə bildirdi ki, bizim guya işçilərlə əmək müqaviləsi bağlamamağımız haqda məlumat düz deyil.
Ancaq Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Maxarov sayta bildirdi ki, biz sizin o zamankı informasiyanı yoxladıq və informasiya öz tədiqini tapdı, ona görə də şirkəti cərimələdik.

Müxbirimizin “Axı, fəhlələr indiyədək əmək haqqı ala bilmir” fikrinə Maxarovun münasibəti belə oldu: “ Biz şirkəti əmək haqqı verməyə məcbur edə bilmərik. Onlar məhkəməyə müraciət etsinlər.
Mövzu ilə bağlı əmək hüququ üzrə mütəxəssis, vəkil Azər Quliyevin fikirlərini öyrəndik: “ Əmək müfəttişliyi məhkəməyədək şikayətə baxan orqandır. Mövcud qanunvericiliyə görə müfəttişlik şirkətdən işçilərin əmək haqlarını verməyi tələb edə bilər. Əks təqdirdə müfəttişlik şirkətdən məhkəməyə şikayət edə bilər. Eyni zamanda müqaviləsiz çalışan işçilərin sayı 10 nəfərdən çoxdursa, müfəttişlik prokurorluq orqanlarına şikayət edib cinayət işi qaldırmağı tələb edə bilər”.
Müxbirimizin “ Bəs onda Əmək Müfəttişliyi “Azimoprt”a qarşı niyə tədbir görmür?” sualına vəkilin cavabı belə olskachanny-e-fajly-1-431du: “ Bu ilk dəfə deyil ki, əmək müfəttişliyi öz vəzifəsini yerinə yetirmir. Dəfələrlə müfəttişlik tədbir görmək əvəzinə fəhlələrə təklif edir ki, məhkəməyə müraciət edin”.

Yeri gəlmişkən ,xatırladaq ki,İyunun 20-də məhkəmənin hökmü ilə azadlığa buraxılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov   həmçinin   Azimport  şirkətinin rəhbəridir. Dövlət Əmək Müfəttişliyinin,  sifarişçi Azimport  şirkəti haqda cinayət işinin açılması üçün prokurorluq orqanlarına müraciət etməməsi Rəşad Məmmədovun   azadlığa çıxmasına səbəb ola bilərdimi?

“Mən dəfələrlə demişəm ki, Dövlət Əmək Müfəttişliyi ləğv olunmalıdır.Əgər şirkət tərəfindən işçilərin hüquqlarının pozulması öz təsdiqini tapırsa, əmək müfəttişliyi cinayət işi açılması üçün prokurorluq orqanlarına müraciət etməlidir. Dövlət Əmək Müfəttişliyi Xidməti 500 işçi ilə müqavilə bağlanmaması faktını təsdiqləyib, amma bu qurum mütləq prokurorluğa müraciət etməli, “Azimport”a qarşı cinayət işinin açılmasını tələb etməli idi”, – deyə A.Quliyev əlavə edib.

“Dövlət Əmək Müfəttişliyi Xidmətinin öz vəzifələrini yerinə yetirmədiyinə görə, minlərlə insan əmək müqaviləsi olmadan işləyir”, – deyə hüquqşünas vurğulayıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın