Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Dövlət qurumlarında yoxlama aparılıb

Dövlət qurumlarında yoxlama aparılıb

Hesablama Palatasının Kollegiya iclası keçirilib.

Palatadan verilən məlumata görə, kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sığortası üzrə gəlirlərin və xərclərin icrasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Kollegiyaya dəvət olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin müdiri Sabir Hacıyev, Şöbənin Sosial sığorta sektorunun müdiri Həsrət Seyidov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Nəcməddin Orucov, nazirliyin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov, Maliyyə və təsərrüfat şöbəsinin müdir əvəzi Nəsib Orucov müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın