Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Dörd neftçinin cəsədi Sabunçu morquna gətirildi

Dörd neftçinin cəsədi Sabunçu morquna gətirildi

“Günəşli” yatağında baş vermiş faciədə həyatını itirən neftçilərdən dördünün cəsədi 3 saylı Sabunçu xəstəxanasının morquna gətirilib.
Publika.az xəbər verir ki, itkin düşmüş neftçilərin yaxınları, eləcə də rəsmi şəxslər xəstəxananın həyətinə toplaşıb.
 Neftçilərin yaxınları cəsədlərin kimliyini müəyyənləşdirmək üçün morqda baxışa dəvət olunub. Artıq cəsədlərin kimə aid olduğu dəqiqləşib: 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlu. Verilən məlumata görə, hüquq-mühafizə orqanları tibbi ekspertiza üçün cəsədləri yarmayacaq.
Cəsədlərin kimliyi müəyyənləşdirəndən sonra yaxınlarına təhvil veriləcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın