Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Dörd ildir ordudan yayınan Hövsan sakini nədən şikayətlənir? – ARAŞDIRMA

Dörd ildir ordudan yayınan Hövsan sakini nədən şikayətlənir? – ARAŞDIRMA

İyunun 17-də saytda “Nəsimi RPİ-də sifariş yerinə yetirirlər?” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, Abşeron rayonunun Xırdalan şəhər sakini Elnur Talıblı müraciət edib. Onun sözlərinə görə, bir yaxınlarda onun vasitəsilə Bulud Qafarova saxta hərbi bilet düzəltdirmək istəyən 24 yaşlı Hövsan sakini Orucəli Kazımov tərəfindən şərlənərək saxlanılıb.

O, iyunun 12-də “Şamaxinka” deyilən ərazidə mülki geyimli polis əməkdaşları tərəfindən saxlanıldığını və iki gün polis bölməsində qaldığını bildirib.

E.Talıblı saxlanıldığı IMG_1729-kopiyazaman “başqa avtomobildə Orucəli Kazımovun vəkili Gülayə xanımın da gəldiyini” və “Gülayə xanımın onu 15 il həbs etdirəcəyi ilə təhdid etdiyini” də demişdi.

Biz araşdırma zamanı sözügedən Gülayə xanımın mobil nömrəsini əldə etmiş və əlaqə saxlamışdıq. Onun sözlərinə görə, E.Talıblı O.Kazımovu inandırmışdı ki, onun şəxsiyyət vəsiqəsi saxtadır və külli miqdarda ondan  pul alıb. Təhqiqatçı Eldar Məmmədov isə söhbətin saxta hərbi biletdən getdiyini təsdiqləyib.

Biz Gülayə xanımın mobil nömrəsi əsasında onun “Gulay Quliyeva” adlı “Facebook” profilini tapmış və müəəyyən etmişdik ki, sözügedən xanım həm də “Ailə dünyası” ictimai birliyinin sədridir.İyunun 18-də Gülayə xanım əməkdaşımızla söhbət zIMG_1728amanı həmsöhbətimiz soyadını dəyişdirdiyini və Gülayə Səfərova olduğunu qeyd etdi. Biz əvvəlki yazıya düzəliş etdik, lakin G.Səfərova ilə telefon danışığı zamanı bir sıra maraqlı məqamlarla üzləşdik.G.Səfərovaya təhqiqatçı Eldar Məmmədovun sözlərini xatırlatdıq.13453688_249349502105117_149918360_n-1-kopiya

“Hə, bilirsiniz necədir, Orucəlinin şəxsiyyət vəsiqəsi də Elnurun üstündən çıxdı. Elnur birinci Orucəliyə deyib ki, gəl sənə sürücülük vəsiqəsi düzəldim.Orucəlini inandırıb ki, onun şəxsiyyət vəsiqəsi saxtadır. Həm də söz verib ki, sənə başqa sənədlər də düzəldəcəm, hərbi bilet də verəcəyəm, sənə Azərbaycan vətəndaşlığı alacam. Elnur ondan 6500 manat pul alıb”, – deyə G.Səfərova bildirib.“Hər halda, saxta hərbi bilet düzəltdirmək məsələsi də var… O dörd il ərzində hərbi xidmətdə olmayıb? “Yox, o hərbi xidmətdə olmayıb. O xəstədir. Mən ailələrin hüquqlarını müdafiə edən təşkilatın rəhbəriyəm, belə ailələr müraciət edir. İndi polis özü araşdıracaq”, – deyə G.Səfərova deyib.

“Mən tərəf tutmuram, sadəcə maraqlıdır ki, bu adam hərbi xidmətdə olmayıb…”, – deyə xatIMG_1718ırlatdıq.“Qurban sizə, bu əsas deyil ey, indi elə də əhəmiyyəti yoxdur. Bu onun problemidir”, – deyə Orucəli Kazımovun nümayəndəsi bildirib.Biz xatırlatdıq ki, əhəmiyyəti var və hərbi xidmətə yararsız olan şəxslər üç ildən bir komissiyadan keçməlidir. Lakin təəssüflər olsun ki, bu sualımıza cavab ala bilmədik.

G.Səfərovadan Xırdalanda yaşayan Elnur Talıblının niyə Nəsimi rayonu ərazisində tutulması məsələsini, həmçinin Gülayə xanımın polis əməkdaşları ilə birlikdə onu tutmağa gəldiyi barədə məqamı da soruşduq.

“O yalan danışır. O bölməyə gətiriləndə mən bölmədə olmuşam. Həmin gün 15 dəfə Orucəliyə zəng gəldi. Orucəli dedi ki, qardaş pulumu qaytar, mən Azərbaycan vətəndaşıyam, əlimdə vəsiqəm var (az əvvəl Gülayə Səfərova demişdi ki, Orucəlinin şəxsiyyət vəsiqəsi Elnurun üstündən çıxıb – red.), özüm “voyenkomata” gedim, sənədlərimi özüm düzəltdirim. Elnur ona dalbadal zəng edirdi, bizsə ərizə yazmaq üçün vaxt uzadırdıq. Əvvəl ondan şikayət üçün Abşerona getdik, sonra bizi Yasamala göndərdilər ki, pulu verdiyiniz yerə şikayət edin. Daha sonra məlum oldu ki, həmin ərazi Nəsimi RPİ 19-cu bölməyə düşür”, – deyə G.Səfərova cavab verib.

IMG_1719G.Səfərova Elnur Talıblının “hərbi bileti düzəldəcək şəxs” kimi qeyd etdiyi Bulud Qafarovun da ondan şikayət etdiyini əlavə etdi.Biz G.Səfərovadan O.Kazımovun nömrəsini verməyi xahiş etsək də, qarşı tərəf “o uşaq xəstədir, mən danışıram da, nümayəndəsiyəm” deyərək, bizim xahişimizi geri çevirdi.

Xatırlatma: “Orucəli Davud oğlu Kazımov mənə hərbi xidmətlə bağlı problemi olduğunu bildirdi. O dedi ki, Rusiyada ailəsi ilə birlikdə 11 il yaşayıb və hərbi xidmətdə olmadığına görə işə düzələ bilmir . Mənim 2014-cü ildən tanıdığım 1967-ci il təvəllüdlü Bulud Əlisa oğlu Qafarova bu barədə danışdım. Buludun dediyinə görə, o 20 il Rusiyada hərbçi kimi xidmət edib və hazırda təqaüddədir. Bulud mənə dedi ki, Orucəliyə kömək edə bilər və Rusiyadakı dostları vasitəsilə Orucəlinin RF-də xidmət etməsi haqqında hərbi bilet təşkil etmək mümkündür. Bunun üçün də, Bulud beş min manat tələb etdi”, – deyə E.Talıblı qeyd etdi.“Orucəli Kazımov tələb olunan pulu verməyə razılaşdı?” – deyə soruşduq.

“Bəli, 2016-cı il aprelin 11-də və 12-də Orucəlidən 1630 manat alaraq, Buluda apardım. Bulud dediyi məbləğin hamısını tələb etdi. Orucəli dedi ki, bir ay içində pulu ödəyəcəyəm, amma qızıl girov verə bilərəm. Ondan bir ədəb boyunbağı, bir ədəd qadın üzüyü, bir ədəd də qolbaq alaraq (34 qram 785 əyar , 22 qram 750 əyar – cəmi 54 qram) Buluda verdim. Üstündən bir ay keçdi, mayın 12-də Orucəli Buluda pulun qalanını verməli idi. Lakin nə Orucəli tərəfdən pul verildi, nə də Bulud tərəfindən sənəd düzəldildi. Bulud qızılı aldığını da inkar elədi.

İyunun 12-də səhər işə gedərkən, “Şamaxinka” yaxınlığında “Bank of Baku”nun yanında bir qrup mülki şəxs telefonla danışdığım zaman qoluma girərək, “Fiat” markalı, ağ rəngli, amma polis rekvizitləri olmayan bir avtomobilə mindirdilər. Onlar məni Nəsimi RPİ-nin 19-cu bölməsinə apardılar. Orda təhqiqatçı kapitan Eldar Məmmədov məni dindirdi. Məni ittiham etdilər ki, mən guya Orucəlidən 380 qram qızıl və 5 min manat almışam. Mən bildirdim ki, Orucəlidən 1630 manat pul və 54 qram qızıl aldığımı və Buluda verdiyimi inkar etmirəm və ödəməyə hazıram”, – deyə E.Talıblı qeyd etdi. Biz kimin haqlı, kimin haqsız olduğunu mühakimə etmirik. Amma saxta hərbi sənəd almaq cinayətdir. Bu o mənaya gəlir ki, saxta hərbi bilet üçün pul verən şəxs də məsuliyyətə cəlb olunmalıdır. Qanunvericiliyə görə, hərbi xidmətdən yayınmaq cinayət əməlidir. Hətta onu da qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, saxta sənəd düzəltmək barədə dələduzluq və rüşvət verilməsi barədə sonradan hüquq mühafizə orqanlarına məlumat verən şəxslər məsuliyyətdən azad olunmur. Qafqaznews.az 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın