Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / DMX: Azərbaycanda xarici miqrantların sayının artması müşahidə olunur

DMX: Azərbaycanda xarici miqrantların sayının artması müşahidə olunur

Bakıda Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə təşkil olunan “Miqrasiya idarəetmə sahəsində əhatəli və səmərəli siyasət və təcrübə” mövzusunda müzakirələr keçirilib.

“Report”un məlumatına görə, DMX-nin beynəlxalq əməkdaşlıq üzrə departament rəhbəri Kayan Hacıyev bildirib ki, miqrasiyanın tənzimlənməsi və miqrantların hüquqlarının müdafiəsi Azərbaycan üçün vacib məsələdir.

Onun sözlərinə görə, hazırda öz tarixi vətəninə qayıdan vətəndaşların, həmçinin xarici miqrantların sayının artması müşahidə olunur. K.Hacıyev son illər Azərbaycanda istirahət edən turistlərin sayının artmasının da müşahidə olunduğunu qeyd edərək, müvafiq miqrasiya xidmətlərinin təkmilləşdirilməsinin vacibliyini söyləyib. Departament rəhbəri eyni zamanda bu sahədə aparılan islahatlar, xüsusilə Azərbaycanda miqrasiya sahəsində elektron xidmətlərin yaradılması haqqında danışıb.

Daha sonra beynəlxalq və müxtəlif idarələrdən yerli ekspertlərin iştirakı ilə “Miqrasiyanın idarə olunması”, “Sərhədlərin idarə olunması”, “Səmərəli əmək miqrasiyası üçün siyasət və praktik tədbirlər” mövzusunda panel müzakirələr keçirilib.

Qeyd edək ki, müzakirələrdə irəli sürülən təkliflər 2016-ci il sentyabrın 19-də BMT-də qəbul edilmiş “Qaçqın və miqrantlar barədə Nyu-York bəyannaməsi” adlı qlobal sənədə dəstək prosesində Azərbaycanın səyləri kimi təqdim olunacaq.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın