Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Dişim nəyi kəsirsə yeyirəm” – Kərpic, kubik, şifer, şüşə yeyən qeyri-adi sakin – VİDEO

“Dişim nəyi kəsirsə yeyirəm” – Kərpic, kubik, şifer, şüşə yeyən qeyri-adi sakin – VİDEO

Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb.

ARB 24 xəbər verir ki, uşaq yaşlarından Qazaxıstanda ucqar kənlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan şəxs çıxış yolunu bu cür tapıb.

Bəxtiyar Qurbanov – Sakin: “Orada biraz aclığa düşdük. Heç nə yox idi. Dedik nə olar stəkandı, nəlbəkidi bunlar da yeməlidir. Onlardan yeməyə başladım mən. Mən torpağı, daşı götürüb yeyirdim. “Xrustal”da turş dad hiss edirəm. Saxsı qablar torpaq dadır. Bu stəkan və şüşələrdə dad yoxdur”.

Deyirlər ki, insan ac olanda daşdan yumşaq nə olsa yeyər. Təbii ki, bu bir deyimdi. Amma Bəxtiyar Qurbanov bunu reallığa çevirib. Onun üçün ac qalmaq faciədir.

Bəxtiyar Qurbanov – Sakin: “Açığı deyim mən o şiferi də yeyərəm. Kərpicdi, kubikdi, dişim nəyi kəsirsə mən yeyirəm, qorxum yoxdur. Şampan butulkasını təmiz yemişəm. Mismar udmuşam”.

Bəxtiyar deyir ki, bacarıqlarım bununla bitmir. Özümü universal insan sayıram. İstədiyimi əldə etmək üçün bütün peşələrə də yiyələnə bilərəm. O, hazırda bənnalıq edir. Rəssamdır. Bərbər işini də məharətlə görür.

Həmsöhbətim indi də bacardığı işlərlə məşğul olub, gəlir əldə edir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın