Ana səhifə / Şou Biznes / Dişi ilə avtomobili dartdı, qolunun üstündən maşın keçdi – Azərbaycanlıların rekordu (VİDEO)

Dişi ilə avtomobili dartdı, qolunun üstündən maşın keçdi – Azərbaycanlıların rekordu (VİDEO)

Gürcüstanın Marneuli rayonunda dünya rekordçuları festivalı keçirilib.
ARB TV xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən pəhləvanlar Vüsal Cavadov, Laçın və Hüseyn Abdulhüseynov qardaşları, eləcə də sözügedən ölkədə “Maqnit adam” ləqəbi ilə tanınan həmyerlimiz Etibar Elçiyev-Budaqlı məşhur “Cəngi” havasının sədaları altında güclərini sınayıb, yeni rekordlara imza atıblar.
Əvvəlcə pəhləvan güləşi üzrə üçqat dünya və Avropa çempionu Vüsal Cavadov əlləri üstə yeriyərək, 1750 kiloqram çəkisi olan minik avtomobilini dişləri ilə 3,5 metr dartaraq yeni dünya rekorduna imza atıb. Laçın Abdulhüseynov göz almacıqlarının boşluğunda 34 kiloqram ağırlığında olan yükü qaldıraraq 8 saniyə saxlamaqla, həmçinin 5 mismarı başı ilə taxtaya vurmaqla iki yeni rekord müəyyən edib.
Hüseyn Abdulhüseynovsa boğaz nahiyəsindəki sümüyü ilə avtomobili dartmaqla, eləcə də 41,3 kiloqram ağırlığındakı çəki daşlarını döş sümüyü ilə qaldırmaqla yeni rekorda imza atıb.
Pəhləvanların ayaqlarının və qollarının üzərindən ağır avtomobillərin keçməsi də yeni rekord kimi qeydə alınıb.
Etibar Elçiyev-Budaqlı isə sinəsindəki 18 kiloqram ağırlığındakı dəmir lövhənin üstündə 60 kiloqram çəkili adamı oturtmaqla, habelə çəkisi 1750 kiloqram olan “Ford” avtomobilini 8 metrdən uzaq məsafəyə dartmaqla yeni rekord müəyyən edib.
Sonda pəhləvanlara sertifikatlar və medallar təqdim olunub. Qafqaz Dünya Rekordları Federasiyasının baş katibi Şota Keldişvili azərbaycanlı pəhləvanların yeni rekordları ilə bağlı videomaterialların və müvafiq sənədlərin Dünya və Ginnesin Rekordları təşkilatlarına göndəriləcəyini bildirib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın