Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / Direktorlar cəzalandırılıb, müəllimlər isə cəzalandıracaq

Direktorlar cəzalandırılıb, müəllimlər isə cəzalandıracaq

“Gədəbəy rayonun buraxılış imtahanlarında ən aşağı nəticə göstərən rayonlar sırasında olmasından xəbərimiz var və bununla bağlı məktəb direktorları ilə müzakirələr aparmışıq”. Bu sözləriModern.az-a açıqlamasındaGədəbəy rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev deyib. O qeyd edib ki, buna səbəb həmin sahə üzrə müəllimlərin peşə savadlarının aşağı olmasıdır ki, bununla bağlı tədbir görüləcək.

“Belə ki, artıq yeni tədris ilindən həmin sahə üzrə ən qabaqcıl müəllimlər təyin olunacaq. Şagirdlərin aşağı nəticə göstərmələrinin digər səbəbini kadr çatışmazlığı ilə əlaqədirdir. Bununla bağlı artıq tədbirlər görülüb və çalışacağıq ki, gələn ildən etibarən rayonun təhsil səviyyəsini yüksəldək”.

Ağcəbədi rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov da məzunların aşağı nəticə göstərmələrindən xəbərdar olduqlarını və bu reallıqla barışdıqlarını bildirib.

“Bununla bağlı iclas keçirtmişik, bəzi məktəb direktorları cəzalandırlıb ki, onlar da öz növbəsində bu işdə məsuliyyəlti müəllimləri cəzalandıracaqlar”.

Şöbə müdiri şagirdlərin aşağı nəticə göstərmələrini belə izah edib.

“Ağcabədi aran rayonudur. Bir qrup şagird kənd təsərrüfatı ilə məşğul olur, bir qrupu həyəcan keçirib, bir qrupu həqiqətən də zəifdir. Məhz bu səbəblər yığılıb və aşağı nəticə göstərən rayonlar sırasına daxil olmuşuq. Amma aşağı nəticənin olması hələ təhsilin zəif olması deyil. Məsələn, bu il biz 2 şagirdimizin qızıl və gümüş medala namizədliyini irəli sürmüşük. Keçən il ali məktəblərə daxil olan tələbələr arasında prezident təqaüdçülərimiz də var”.

Qeyd edək ki, Tələbə Qəzulu üzrə Dövlət Komissiyasının keçirdiyi buraxılış imtahanlarında Sabirabad, Daşkəsən, Ağcəbədi, Hacıqabul, Gədəbəy məzunları ən aşağı nəticə göstərən rayonlar içərisində ilk beşlikdədir.

 

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın