Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / DİQQƏT: İyunun 21-də qeyri-adi hadisə olacaq

DİQQƏT: İyunun 21-də qeyri-adi hadisə olacaq

İyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar.

AzVision.az Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, həmin gün bədrlənmiş Ay və iyun gündönümü baş verəcək. Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir.

AMEA-nın məlumatına görə, yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.

İyulun sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqustda çoxsaylı “düşən ulduz”ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu ecazkar astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək.

Payızın ilk günü isə qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, ulduzun yalnız kiçik “alovlu” hissəsini görünməsinə imkan verəcək.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın