Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / DİN-dən meyitləri tapılan əcnəbilərlə bağlı Açıqlama

DİN-dən meyitləri tapılan əcnəbilərlə bağlı Açıqlama

Daxili İşlər Nazirliyi Azərbaycanda dəm qazından boğulan Kamerun vətəndaşlarının ölümü ilə bağlı məlumat yayıb.

DİN-dən verilən məlumata görə, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərlərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur.

Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın