Bu haqda Haqqın.az-a Daxili işlər nazirliyindəki mənbə məlumat verib.

Daxili işlər naziri Ramil Usubovun imzaladığı əmrə əsasən nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev təqaüdə göndərilib.