Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / “Dimedrol” narkotik olmasa da, reseptlə satılmalıdır – VİDEO

“Dimedrol” narkotik olmasa da, reseptlə satılmalıdır – VİDEO

“Xəzər TV”yə zəng vuran tamaşaçılardan biri deyib ki, apteklərdə adi, ucuz dərmanların satışı zamanı da resept tələb olunur. Konkret olaraq isə “Dimedrol”un adını çəkərək bildirib ki, qızdırmalı uşağına aptekdən “Dimedrol” almaq istəsə də, resepti olmadığı üçün ona verməyiblər. Halbuki, əvvəllər bu dərmanı reseptsiz alıb.

Yerli telekanalın əməkdaşları məsələni araşdırmağa çalışıblar ki, “Dimedrol” alınarkən həqiqətən resept tələb olunmalıdırmı?

Respublika Narkoloji Mərkəzindən bildiriblər ki, “Dimedrol” əvvəllər də reseptlə satılıb. Bu, narkotik tərkibli dərman deyil. Əsasən yüksək hərarət zamanı istifadə edilir. Lakin mümkündür ki, narkotik istifadəçiləri bu dərmandan yüksək dozada qəbul etsinlər. Çünki qiyməti narkotik maddələrdən çox ucuzdur.

Xatırladaq ki, “Dimedrol” tablet şəklində 66 qəpiyə, ampulada isə 1 manat 21 qəpiyə satılır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın