Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / DİM “Facebook” səhifəsinin iştirakçılarınamüraciət etdi

DİM “Facebook” səhifəsinin iştirakçılarınamüraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) “Facebook” səhifəsinin iştirakçılarına müraciət edib.

DİM-dən “Report”a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, qurumun “Facebook” səhifəsinin yaradılmasında əsas məqsəd abituriyentləri, eləcə də onların valideynlərini narahat edən məqamlara aydınlıq gətirmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaqdır.

Qeyd olunub ki, çox vaxt istifadəçilər verilən məlumatları və şərhlərdə yazılan cavabları oxumadan çoxsaylı suallar yazırlar: “İstifadəçilərdən xahiş edirik ki, səhifəyə sual ünvanlayarkən ilk olaraq rəy yazacağınız məlumatı, həmçinin tərəfimizdən başqa istifadəçilərə yazılan cavabları oxuyun. Əgər sizi maraqlandıran sualın cavabı məlumatda və ya tərəfimizdən yazılan cavabda varsa, eyni sualı təkrar yazmayın. Təkrar suallar ünvanlayan istifadəçilərin sualları cavablandırılmaya bilər.

Bundan əlavə, bəzi istifadəçilər tərəfindən səhifədə paylaşılan məlumatların məzmununa aid olmayan, özünü və ya hər hansı bir səhifəni reklam edən müəyyən şərhlər yazılır. İstifadəçilərin nəzərinə çatdırırq ki, məlumatın məzmununa aid olmayan reklam xarakterli şərhlər dərhal silinir və həmin istifadəçinin səhifədən istifadə imkanları məhdudlaşdırılır. İstifadəçilərdən yuxarıda qeyd olunanları nəzərə almağı və tələblərə riayət etməyi xahiş edirik”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın