Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Dilqəmlə Şahbaz haqda film çəkildi – Əzməmmədov rol aldı

Dilqəmlə Şahbaz haqda film çəkildi – Əzməmmədov rol aldı

2014-cü ilin iyul ayında Kəlbəcərə gedərək ata-baba yurdlarını ziyarət edərkən saxlanılan və qanunsuz məhkəmə ilə ömürlük azadlıqdan məhrum edilən Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilə Şahbaz Quliyevlə bağlı film çəkilib.

Bu barədə aktyor, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov “Qafqazinfo”ya müsahibəsində məlumat verib.

N.Əzməmmədov bildirib ki, film dövlətin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən ərsəyə gətirilib. İranlı rejissorun çəkdiyi filmdə N.Əzmməmmədov Kəlbəcər rayon icra hakimiyyətinin əməkdaşı rolunda çıxış edir.

Filmin çəkilişləri başa çatıb, yaxın vaxtlarda efirə veriləcək.

P.S Müsahibənin tam versiyası sabah yayımlanacaq.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın