Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Şou Biznes / Dillər Universiteti Bakı Slavyan Universiteti ilə birləşəcək? – Açıqlama

Dillər Universiteti Bakı Slavyan Universiteti ilə birləşəcək? – Açıqlama

İki ali təhsil müəssisəsinin – Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Dillər Universitetinin (ADU) birləşdiriləcəyi barədə xəbərlər dolaşmaqdadır. O səbəbdən ki, hər iki universitet profil baxımından uyğundur.

Məsələyə ADU-dan münasibət bildirilib. ADU-nun İnformasiya Departamentinin müdiri Araz Ağayev Modern.az saytına açıqlamasında universitetlərin adlarının birləşdirilməsində hallanması məsələsinin məqsədəuyğun olmadığını deyib.

“Sualınıza cavab olaraq bildiririk ki, ADU-nun hansısa bir universitet, o cümlədən BSU ilə birləşməsinə dair təklif və niyyəti mövcud deyil.

Bu, ölkə rəhbərliyi və digər müvafiq instansiyaların səlahiyyətinə aid məsələdir. Bir daha bəyan edirik ki, ADU öz resurslarını qarşıda duran ciddi vəzifələrin həlli istiqamətində səfərbər edib və gündəmdə olmayan bir məsələ ilə bağlı adının hallandırılmasını məqsədəuyğun hesab etmir”

Həmçinin oxuyun

“Maşın Şou”da final başladı

“Maşın Şou”nun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb. Finala çıxan 3 məşhur – …

Bir cavab yazın