Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Dilarənin “Toppuş bacı” ilə son yazışması – Foto

Dilarənin “Toppuş bacı” ilə son yazışması – Foto

“Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tünzalə mədəkiçiltmə əməliyyatı etdirdi, arıqladı. Sağlamlığına görə bunu etdi. Amma mən bunu etməyi düşünmürəm”.

Bu sözləri aktrisa Xuraman Əlizadə “Elgizlə izlə” verilişində deyib. O, bir neçə gün əvvəl dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva haqqında danışıb. X.Əlizadə bildirib ki, Tünzalə ağır halda ola-ola çəkilişlərə gəlib:

“Onun dünyasını dəyişməyini gözləmirdik. Düşünürdüm ki, sağalacaq. Düşünmürdüm dünyasını dəyişə bilər. Çox güclü idi. Çəkilişlərə gələndə ayaqlarında probem yaranmışdı, ötüşdürürdü. Amma səsi də batdı. Səsin batması bir aktyor üçün pis idi. Deyirdi ki, istəyirəm qızımla çox vaxt keçirim, bilmirəm harada qırılacaq. Mənə yazdı, halallıq istədi. O mesajı saxlayacağam”.

Verilişdə daha sonra Əməkdar artist Dilarə Əliyevanın Tünzalə ilə son yazışması nümayiş olunub. 

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa xərçəngdən vəfat edib. 

255271_vp611bhq4h.jpg (80 KB)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …