Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Digah qəsəbəsi normal elektrikə həsrət qalıb

Digah qəsəbəsi normal elektrikə həsrət qalıb

Abşeron rayon Digah qəsəbəsində (Yeni yaşayış massivi) yaşayan Məmmədov Sənan Fəxrəddin oğlu Moderator.az-a müraciət edərək qəsəbə sakinlərinin elektrik probleminə diqqət çəkib. S.Məmmədovun sözlərinə görə, yaylı-qışlı normal işığa həsrət qalan qəsəbə sakinləri problemin həlli üçün dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də, onların probleminə sahib çıxab tapılmayıb:
“Bizim qəsəbə sakinləri aşağı gərginlikdən əziyyət çəkir. Yay aylarında elektrik 140 volt, qış aylarında isə 90-100 volt gərginliklə verildiyindən məişət avadanlıqları işləmir. Gərginlik həddindən atıq aşağı olur, işıqlar sadəcə olaraq közərir, normal işıq üzünə həsrətik. Hamıda sayğac var, hamı işıq pulunu ödəyir, bildirişlər gəlir. Yeni evlər tikildikcə sayğaclar quraşdırılır, amma transformatorun gücünə baxan yoxdur. Yüzlərlə sakinin adından sizə səslənirəm. Xahiş edirəm ki, bizim səsimizi eşidib, problemə çarə tapmaqda bizə kömək edəsiniz.
Abşeron Rayon İcra Hakimiyyətinə, keçmiş “Azərenerji”nin regional bölməsinə, “Azərişıq” ASC-yə dəfələrlə, Ombudsmana ikinci dəfə müraciət etsək də 2013-cü ildən bəri heç bir iş görülməyib.
Bizim əksəriyyətimizin texniki şərti də var. Amma nə olsun. Mənzillərimiz normal gərginliklə təmin olunmur. Odur ki, sizin vasitənizlə üzümüzü bütün aidiyyati qurumlara tutaraq onları bir daha problemin həllinə çağırırırq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın