Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Deyirlər, birdən sən də xərçəng xəstəsi olarsan” – Prodüser Təranə

“Deyirlər, birdən sən də xərçəng xəstəsi olarsan” – Prodüser Təranə

“Əməkdar artist Tünzalə Əliyevanın xərçəng xəstəliyinə tutulduğu yayılandan sonra mənim üçün yaxınlarım mənim üçün narahat olmağa başladı. Dedilər ki, yoxlanışa get, birdən sən də xərçəng xəstəsi olarsa, bilməzsən”.

Bu sözləri musavat.com saytına açıqlamasında prodüser Təranə Səmədova deyib. Mədəkiçiltmə əməliyyatı olan prodüser dostlarının onun üçün narahat olduğunu bildirib:

“Mədəkiçiltmə əməliyyatı olandan sonra 17 kilo çəki atmışam. Hədəfim daha çox arıqlamaqdır. Qidalanmağıma ciddi şəkildə fikir verirəm. Hər şey qaydasındadır. Dostlarım, yaxınlarım narahat olmuşdu. Onlara başa saldım ki, mədəkiçiltməklə xərçəng xəstəsi olmursan. Bu haqda həkimimlə də danışmışam. Hazırda arıq özümü çox yaxşı hiss edirəm. Yaxşı ki, əməliyyat olunmuşam”.

Prodüser yeni işindən də danışıb: “ “Xəzər” televiziyasında çalışmağa başlamışam. “Qadın gülərsə” verilişinin baş prodüseriyəm. Maşın kirayəsi ilə məşğul olan biznesim işləyir. Hələ ki, müğənnilərlə işləmək istəmirəm. Çünki özümə uyğununu görmürəm. İstədiyim kimi, iş olsa, çalışacağam”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …